BƏƏ XİN partlayışların 7 yox 4 ticari gəmidə baş veridyini təsdiqlədi
BƏƏ Xarici İŞlər Nazirliyi bazar günü bəyanat yayaraq elan edib ki, 4 ticari gəmiyə qarşı beynəlxalq sularda “təxribat əməliyyatı” törədilib. Maide.Az xəbər verir ki, bəyanatda gəmilərdə xəsarət alan şəxslərin olmadığı lakin yanğın baş verdiyi təsdiqlənib. Qeyd edək ki, bu gün “Al Mayadeen" telekanalı BƏƏ-nin tərkibinə daxil olan Əl-Fuceyrə əmirliyinin limanında bir neçə partlayışın baş verdiyini bildirmişdi. Telekanalın məlumatına görə, limanda təmirə dayanan bir neçə tankerdə yanğın baş verib. Nəticədə təqribən 7-10 neft tankerini alov bürüyüb. Liman üzərində Fransa və Amerika hərbi təyyarələri müşahidə olunur. Lakin BƏƏ rəsmi olaraq bunu təkzib etmişdi.