Bəhreyn rejim qüvvələri ötən axşam evlərə basqın edib, onlarla insanı həbs edib
Bəhreyn rejim qüvvələri ötən axşam Əl-Məamir bölgəsində onlarla evə basqın edib. Madie.Az xarici KİV-ə istinadla xəbər verir ki, Ali Xəlifə rejimin təhlükəsizlik qüvvələri ilə yanaşı hücumda mülki geyimli şəxslərdə olub. Onlar Əl-Məamir bölgəsində onlarla evə basqın edib, çox sayda insanı həbs edib. Saxlanılan şəxslərin dəqiq sayı bilinməsədə 10-dan çox olduğu bildiirlir. Qeyd edək ki, Bəhreyn rejimi yanvar ayı ərzində 35 –dən çox şəxsi müxətlif bəhanələrlə həbs edib. Həbs edilən şəxslərin çoxu gecə vaxtı evlərinə təşkil olunmuş hücumlar zamanı saxlanılıb. Yanvar ayə ərzində hücumlar əsasən Diraz, əl-Diya, Sind, əl-Məamir, əl-Müsalla, əl-Biladil-Qədim, Əl-Cəfir, əş-Şaxurə və digər bölgələrə təşkil olunb.