Maide.az

Bəhreynli insan haqları fəalının həbs cəzası qüvvədə qaldı

Bəhreyn Ali Məhkəməsi insan haqları fəalı Nəbil Rəcəb Barəsində verilən həbs cəzasını qüvvədə saxlayıb. Vəkilləri verdikləri açıqlamada bildiriblər ki, Nəbil Rəcəb 5 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Nəbil Rəcəb Bəhreyn İnsan Haqları Mərkəzinin sədridir və ölkədə baş verən qeyri-qanuni həbslərə dəfələrlə etiraz etdiyi üçün həbs olunub. Beynəlxalq İnsan Haqları Təşkilatı Nəbil Rəcəbin həbsini siyasi sifarişli hesab edir./eastnews.org/