Bəhreyn rejimi 2011-ci ildən etibarən 14000 nəfəri həbs edib
Bəhreyn Dialoqu Mərkəzinin sədri Şeyx Meysəm Salman bəyanat verərək, Bəhreyn rejiminin 2011-ci ildən etibarən 14000-dən artıq Bəhreyn vətəndaşını həbs etdiyini söyləyib. Maide.az Deyerler.org-a istinadən xəbər verir ki, Şeyx Meysəm Salman Al-Xəlifə rejiminin təhlükəsizlik orqanlarının Bəhreyn xalqını həbs etməyə davam etdiyini deyib. Bəhreyn İnsan Haqları və Demokratiya Mərkəzi də noyabrın 21-i verdiyi bəyanatında, Ali Xəlifə rejiminin son 6 il ərzində 728 bəhreynli vətəndaşlıqdan çıxardığını açıqlamışdı. Bəhreynli sabiq parlamentari Əli Əl-Əsvəd də Twitter verdiyi açıqlamasında, ölkəsinin “insan haqları qurbanı” olduğunu yazıb. Bu arada, Bəhreyndə 24 noyabrda keçirilən parlament seçkilərinin nəticələrini tanımayan xalq küçələrə çıxaraq, Ali-Xəlifə rejiminə etiraz edir