Maide.az

Bəhreyn müsəlmanları namazları rejimin dağıtdığı məscidlərin yerində qılır

Bəhreyn xalqı namazlarını Ali-Xəlifə rejimi tərəfindən dağıdılmış məscidlərin olduğu ərazidə qılırlar.   Maide.Az “tasnimnews” agentliyinə istinadən xəbər verir ki,  Manama yaxınlığında yerləşən Əl-Zənc bölgəsinin əhalisi 2011-ci ildə Ali Xəlifə rejimi tərəfindən dağıdılmış Əl-Ələviyyat məscidində toplaşaraq  camaat namazı qılıblar.   Bəhreynin Əl-Zənc və digər bölgə sakinləri hər həftə  Ali Xəlifə rejimi tərəfindən dağıdılmış 30-dan çox məscidin dağıntılarının olduğu ərazidə toplaşaraq camaat namazları təşkil edirlər.    Qeyd edək ki, Bəhreyn rejimi ölkədə Əhli-Beyt (ə) ardıcıllarının çoxluqla yaşadığı ərazilərdə məscidləri bir-bir dağıdır.