Maide.az

Bəzi məhsullar bahalaşıb

Son günlər bəzi məhsulların bahalaşdığı bildirilir.   Bahalaşan gündəlik tələbat malları arasında xüsusilə salfetlər göstərilir. Müxtəlif növ salfetlərin təqribən 25 faiz bahalaşdığı qeyd edilir.   Sentyabrın 29-dan bəzi market və köşklərdə pərakəndə satılan siqaretlərin qiymətinin də qalxdığı vurğulanır.   Satıcılar bunu topdansatış bazalarında qiymətlərin qalxması ilə izah edirlər. Verilən məlumata görə, siqaretlər təqribən 30- 50 qəpik arasında bahalaşıb.  Artıq, bəzi siqaret alıcıları sosial şəbəkələrdə bununla bağlı narazılıqlarını da ifadə edirlər.   Dövlət Statistika Komitəsi bu ilin 8 ayında ölkədə inflyasiyanin 2,7 faiz olduğunu açıqlamışdı.   Bəzi müstəqil ekspertlər Azərbaycanda qiymət artımı ilə bağlı rəsmi rəqəmlərə şübhə edirlər.  / azadliq.org /