Bəhreyn Pakistan vətəndaşlarının ölkəyə girişini qadağan edib
Bəhreyn Pakistan vətəndaşlarının ölkəyə qadağan edib və bu ölkədə olan Pakistanlılardan barmaq izi götürür. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Pakistan mətbuatında yer alan xəbərə görə, bu ölkənin vətəndaşlarının Bəhreynə girişi öncədən xəbərdarlıq edilmədən və müvəqqəti olaraq qadağan edilib. Pakistan mətbuatı qeyd edir ki, bu qadağa ötən aydan tətbiq olunub. Bəhreyn hökuməti hələlik bu addımla bağlı açıqlama verməyib.