Maide.az

Bəsrədə etirazçılar prezident saraylarından birini yandırıblar

İraqın Bəsrə şəhərində etiraz aksiyaları davam edir.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, etiraz aksiyalarının iştirakçıları şəhərin mərkəzində yeləşən prezident saraylarından birini yandırıblar.   Bundan əlavə, etiraz aksiyaları zamanı 1 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.   Qeyd edək ki, İraqın Bəsrə şəhərində sentyabrın 3-dən etiraz aksiyaları keçirilir. Bu günlər ərzində hökümətdən şəhərin təmiz içməli su və elektrik təchizatının vəziyyətinin yaxşılaşdırılmasını tələb edən minlərlə etirazçı müddətsiz etiraz aksiyaları keçirilər. Sentyabrın 4-ü və 5-i etirazçılar şəhər və vilayət administrasiyalarının binalarını yandırıblar. Polislər etirazçılara qarşı gözyaşardıcı qaz və odlu silahdan istifadə ediblər. Etirazçılar Bəsrədə yerləşən ölkənin ən böyük Umm-Qəsr limanının işini dayandırıblar.   Bundan əlavə, etirazçılar sentyabrın 6-sı İranyönlü siyasi partiyalar və hərəkatların ofislərini, sentyabrın 7-si isə İranın Bəsrədəki konsulluğunun binasını yandırıblar.