Maide.az

Bəhreyn hökuməti şiə bölgəsinə hücumu dayandıracağını iddia edib

Bəhreyn rəsmiləri şiələrin yaşadığı əl-Diraz bölgəsindəki tətbiq edilən mühasirənin dayandırıla biləcəyini iddia ediblər.   Maide.Az İQNA-ya istinadən xəbər verir ki, bu barədə "Raialyoum" qəzeti məlumat yayıb.   Qəzet iddia edib ki, Ayətullah İsa Qasım müalicə üçün Londona göndərildikdən sonra mühasirə başa çata bilər.   Xatırladaq ki, Bəhreyn hökuməti 2 il öncə Ayətullah İsa Qasımı vətəndaşlıqdan çıxararaq ona ev həbsi cəzası vermişdi. Bundan sonra əl-Diraz bölgəsində kütləvi nümayişlər başlamışdı.   Bəhreyn rejimi isə nümayişləri dayandırmaq üçün bölgəni mühasirəyə almışdı.