Maide.az

Bəhreyndə DİN Ali Xəlifə rejiminə qarşı çıxan İslam alimlərini hədələdi

Bəhreynin Daxili İşlər Nazirliyi Ali Xəlifə rejiminə müxalif olan fəalların edam edilməsi hökmünə qarşı çıxan İslam alimlərini təhdid edib.   Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Bəhreynin Daxili İşlər Nazirliyi aprelin 29-u ölkənin tanınmış İslam alimlərindən Şeyx Hüseyn Əl-Əstəri, Şeyx Məhəmməd Salii Ər-Rabii və Şeyx Məhəmməd Sanqura ayrı-ayrı məktublar göndərərək, Bəhreyn vətəndaşlarının ölüm hökmlərinin ləğvini tələb edəcəkləri təqdirdə, onlara qarşı lazımlı tədbirlərin görüləcəyini açıqlayıb.   Digər tərəfdən, Bəhreynin Əl-Vifaq cəmiyyətinin baş katibinin müavini Şeyx Hüseyn Əl-Deyhi Twitter-dən verdiyi açıqlamasında, belə qeyd edib: “Bəhreyndə hazırda baş verənlər mənə zalım Səddamın İraqdakı fəaliyyətlərini xatırladır”.   Şeyx Hüseyn Əl-Deyhi digər bir tvitində isə belə qeyd edib: “2011-ci ildən etibarən Bəhreyndə demokratiyanın həyata keçirilməsi üçün ümumilikdə 49 min aksiya keçirilib. Bu mitinqlər Bəhreyndə aksiya keçirmənin yasaq olmasına və nümayişlərə müdaxilə edilməsinə baxmayaraq baş tutdu”.