Bəhreyndə Əhli-beyt (ə) məddahı həbs olunub
Bəhreyndə Əhli-beyt (ə) məddahı İmam Hüseynin (ə) mövlud günündə şeir və ilahi oxuduğu üçün həbs olunub. Maide.Az “bahrainmirror”-ə istinadən xəbər verir ki, Bəhreyn rejim rəsmiləri Hacı Həsən Xəmis Nəimini 15 gün müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Bəhreyndə ölkə əhalisinin 80 faizini Əhli-beyt (ə) tərəfdarları təşkil edir. Lakin Ali Xəlifə rejimi şiələrə qarşı xüsusi əks mövqeyi ilə seçilib Əhli-beyt (ə) tərəfdarlarına öz dini əqidələrini sərbəst şəkildə ifadə etməyə maneə törədir. Xatırladaq ki, Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim əvvəlcə rejim tərəfindən həbsə məhkum edilmiş, daha sonra isə vətəndaşlıqdan çıxıraılmışdır. Hazırda ev dustaqlığında saxlanılır.