Bəhreyndə terrorla mübarizə adı ilə Əhli-beyt (ə) arıdıcıllarının kütləvi həbsi
Bəhreynin müxtəlif bölgələrində Əhli-beyt (ə) ardıcıllarından 116 nəfər həbs olunub. Maide.Az "islam-today"-a istinadən xəbər verir ki, kütləvi həbs zamanı saxlanılan şəxslər rəsmilər və dövlət qurumlarına qarşı terror hərəkətlər etməkdə, neft və qaz obyektlərində partlayışlar törətməkdə ittiham olunurlar. Bəhreyn Ali Xəlifə rejimi iddia edib ki, həbs olunan şəxslər İran İslam İnqilabı Keşikçilər Korpusu (Sepah), İraq və Livandakı qruplarla əməkdaşlıq edib.