Maide.az

Bəhreyn rejimi 1 ildir Əhli-Beyt (ə) ardıcıllarına cümə namazı qılmağa mane olur

Bahreynin Əl-Yəvm xəbər agentliyinin bildirdiyinə görə, Ali Xəlifə rejimi Əhli-Beyt (ə) ardıcıllarına Əd-Diraz bölgəsində 50 həftədir ki, cümə namazı qılmağa maneə törədir.   Əd-Diraz bölgəsinin əhalisi camaat namazını İmam Sadiq (ə) məscidində fərdi şəkildə qılmağa məcbur olublar.   Ali Xəlifə rejiminin Aşayiş İdarəsinin rəhbəri təhlükəsizlik qüvvələrinin Əd-Diraz bölgəsinin sakinlərini camaat namazı qılmaqdan məhrum etmədiyini iddia edib. Xəbərdə həmçinin təhlükəsizlik qüvvələri tərəfindən Əd-Diraz bölgəsində xüsusi tədbirlərin artırıldığı qeyd olunub. (deyerler) /