Maide.az

Bəhreyn xalqı Şeyx İsa Qasimə dəstək mitinqlərini davam etdirir

Bəhreyn xalqı ölkə şiələrinin lideri Ayətullah Şeyx İsa Qasimə dəstək mitinqlərini davam etdirir.    Maide.Az “Sotul-Manama” saytına istinadən xəbər verir ki, Bəhreyn xalqı ötən gecə Ayətullah Şeyx İsa Qasimlə həmrəylik nümayiş etdirmək məqsədilə Samahic bölgəsində etiraz aksiyası keçirib.    Aksiya iştirakçıları Ali-Xəlifə rejim qüvvələrinin dinc aksiyaçılara qarşı repressiv hərəkətlərini pisləyib. Aksiyaçılar Şeyx İsa Qasimin evində məcburi dustaq olaraq saxlanılmasına son qoyulmasını tələb edib.     Onlar həmçinin siyasi məhbusların azadlığını tələb edib. /