Maide.az

Bəhreyndə şəhidlərin simvolik dəfn mərasiminə Ali-Xəlifə qüvvələri hücum edib – FOTO

Ötən gecə Bəhreyn xalqı ölkənin müxtəlif bölgələrində Ali-Xəlifə rejiminin cinayətlərinə etiraz edib və son hadisələr zamanı şəhid olmuş 5 gəncin simvolik dəfn mərasimini keçirib.    Maide.Az xəbər verir ki, simvolik dəfn mərasimində Bəhreyn xalqı əllərində üzərində şəhid olmuş 5 bəhreynli gəncin fotoları yapışdırılmış tabut daşıyıb və Ali-Xəlifə rejiminin bu gəncləri gizli dəfn etməsini pisləyib.    Qeyd edək ki, Bəhreyn rejim qüvvələri Diraz bölgəsinə hücum zamanı 5 gənc şəhid olmuş. Rejim şəhidlərin cənazəsini ailələrinə təhvil verməyib və gizli şəkildə  dəfn edib.    Etirazçılar Bəhreyn rejim əleyhinə şüarlar səsləndirib və gənclərin ölümündə rejim rəsmilərinin məsuliyyət daşıdığını elan edib.    Ali-Xəlifə rejim qüvvələri Simvolik dəfn mərasiminə hücum edib və etirazçıları dağıdıb.