Maide.az

Bəhreyndə tanınmış ruhanilərdən biri həbs olunub

Ali-Xəlifə rejimi bu gün səhər Bəhreyndə tanınmış ruhanilərdən Şeyx Əbdüz-Zəhra Karbabadini həbs edib .    Maide.Az "Al-Aləm" kanalına istinadən xəbər verir ki, Ali-Xəlifə rejim qüvvələri Şeyx Əbdüz-Zəhra Karbaabdinin evinə hücum edib. Onu, həyat yoldaşını və bacısını həbs edərək naməlum istiqamətə aparıb.    Qeyd edək ki, son həftələr ərzində Ali-Xəlifə rejimi Bəhreyndə alimlər və inqilabçılara qarşı sərt addımlar atır.