Maide.az

Bəşər Əsəd: Suriya dünya xəritəsindən silinə bilər...

"Əgər biz bu müharibədə qalib gəlməsək, bu o deməkdir ki, Suriya dünya xəritəsindən silinəcək".   Bu sözləri Suriya prezidenti Bəşər Əsəd Xorvatiyanın "Vecernji list" qəzetinə müsahibəsində bildirib. O, həmçinin əlavə edib ki, Rusiya və öz xalqının dəstəyi ilə Suriya ordusu böyük uğurlar qazanıb.   Suriya prezidenti həmçinin vurğulayıb ki, xalqın dəstəyi olmasa, heç bir müharibədə qələbə qazanmaq mümkün deyil.   Bəşər Əsəd bəyan edib ki, Suriyada dinc əhalini qoruduğunu iddia edən "Ağ dəbilqələr" təşkilatının üzvləri əslində "Əl-Qaidə" terror qruplaşmasının tərəfdarlarıdır. (faktxeber) /