Maide.az

Bəhreyndə ruhanilər `Gecə-gündüz aksiyaları` üçün xalqa müraciət etdilər

Bəhreyn ruhaniləri ölkədə kütləvi etiraz aksiyası keçirilməsi üçün xalqa müraciət ediblər.   Bu barədə bəyanat yayan ruhanilər bildiriblər: “Allaha təvəkkülü olan Bəhreyn xalqından istəyimiz budur ki, mart ayının 9-dan 14-nə qədər “evə geri dönməyəcəyik”, “ölümə qədər müdafiə”  şüarlı etiraz aksiyasını gecə və gündüz təşkil etsinlər.   Ümid edirik ki, zülm və düşmənin təcavüzü müqabilində hamımız din, vətən, izzət, hörməti müdafiə edərək uğrunda parlaq addımlar ataq.” (İslamazeri.az)