Maide.az

BƏƏ-də neft emalı zavodunda yanğın baş verib

Birləşmiş Ərəb Əmirliklərində neft emalı zavodunda yanğın baş verib.   APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Abu Dhabi national oil company” (ADNOC) şirkətinin məlumatında bildirilir.   Hadisə Əbu-Dabi əmirliyində, Ruvays şəhərində qeydə alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir, zərərçəkən yoxdur.   “Yanğın yaxınlıqda yaşayan əhali üçün təhlükə kəsb etmir”, məlumatda deyilir.