Bəhreynli xanım jurnalistin məhkəməsinin vaxtı açıqlanıb
Bəhreyn vətəndaşlarına qarşı repressiyaların davamında Ali Xəlifə rejimi "France 24" kanalının bəhreynli jurnalistini gələn ay mühakimə edəcəyini açıqlayıb. Maide.Az xəbər verir ki, Bəhreyn prokrorluğu “France 24” və “Radio Monte Carlo”nun Bəhreynli jurnalisti xanım Nəzihə Səidin məhkəməsinin vaxtını açıqlayıb. Belə ki, onun məhkəməsi 2017-ci ilin yanvar ayının 16-da başlayacaq. Nəzihə Səid 2016-cı ilin iyul ayında Bəhreyn prokrorluğuna çağırılıb və ona qarşı ittiham irəli sürülüb. O, “əcnəbi KİV-lərlə qanunsuz əməkdaşlıq” etməkdə ittiham olunur. Bəhreyn rəsmiləri iki həftə öncədən onun ölkədən çıxışına qadağa qoyublar. Xanım N. Səidin jurnalistika fəaliyyətinə dair rəsmi icazəsinin vaxtı 2016-cı ilin ortalarında bitib və Bəhreyn rəsmiləri həmin icazənin vaxtını uzatmayıblar. O, 12 il müddətində “Monte Carlo” radiosu üçün və 7 il “France 24” kanalı üçün çalışıb. Xanım N.Səid 2011-ci ildə Bəhreyn xalqının azadlıq istəyi ilə keçirdiyi mitinqlərdən xəbər hazırladığı üçün rejim qüvvələri tərəfindən işkəncə olunub. Jurnalistləri Qoruma Komitəsi elan edib ki, Bəhreyndə hazırda 5 jurnalist həbsdədir.