Maide.az

Bərbad vəziyyətdə olan stadionlarımız

"Yəqin ki, AFFA qarşısında məsələ də qaldırılacaq".   “Futbol meydanlarımız həddən artıq bərbad vəziyyətdədir. Premyer Liqadakı 8 komandadan 5-nin - AZAL, “İnter”, “Sumqayıt”, “Zirə” və “Kəpəz”in stadionunda futbol oynamaq mümkün deyil”.   Maide.az Report-a istinadən xəbər verir ki, bunu “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov AFFA Klublar Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.   O bildirib ki, “qırmızı-qaralar”ın Avropa Liqasının qrup mərhələsinədək keçirdiyi 8 görüşdə bir futbolçusu zədələnmədiyi halda, çempionat başlayan kimi “İnter”lə matçda 2 oyunçusu sıradan çıxıb: “Belə halların nəzərə alınması klublar tərəfindən təklif olundu və yekdilliklə qəbul edildi. Yəqin ki, AFFA qarşısında məsələ də qaldırılacaq”. /