Bəhreyn rejim həbsxanalarında 4 min siyasi fəal saxlanılır
Bəhreyn insan haqları fəalı Nəbil Rəcəb Amerikanın New York Times qəzetinə məktub göndərərək bildirib ki, təqribən 4 min siyasi fəal hazırda Bəhreyn rejim həbsxanalarında saxlanılır. Maide.Az xəbər verir ki, New York Times qəzetinin bazar günü yayımladığı məktubda bildirilir ki, Bəhreyn 4 min siyasi məhbusla Qərbi Asiya bölgəsində ən çox siyasi məhbus olan ölkədir. “Bəhreynlilər ölkədə demokratiyanın olmasını istəyir, lakin həbs, işkəncə və hətta ölümlə üzləşirlər. Mən ötən ilin aprel ayından iyul ayına kimi “məhkəmə sisteminə hörmətsizlik” və “müharibə zamanı şaiyə yaymaq” ittihamı ilə həbsdə saxlanılıram və bu müddət ərzində həbsimin çoxu karserdə keçib. Mən 2015-ci ilin mart ayında Cou həbsxanasında yüzlərlə bəhreynli məhbusun işkəncə verilməsini ifşa etmişəm və buna görə Bəhreyn rejimi məni məhkəmə sisteminə hörmətsizlik ittihamı irəli sürüb.” Nəbil Rəcəb məktubuna əlavə edir ki, azadlığa çıxdıqdan sonra mənim ölkədən çıxışıma qadağa qoyuldu, sonra məni və ailəmi çağırıb məni ailəmin gözü qarşısında fəaliyyətimdən əl çəkməsəm 15 il həbs edəcəkləri ilə hədələdilər və bu dur mən artıq həbs olunmuşam.