Bəşşar Əsəddən əfv qərarı
Suriya prezidenti Bəşşar Əsədin yeni əfv qərarı açıqlanıb. Maide.Az xəbər verir ki, SANA xəbər agentliyi preizdent Bəşşar Əsədin qərarının surətini yayımlayıb. 4 maddəlik qərarda bildirilir ki, qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə kimi əllərindəki silahı təhvil verib təslim olan şəxslər bağışlanacaq. Həmçinin bildirilir ki, adam oğurlayan,əsir və girov götürən şəxslər heç bir pul vəsaiti almadan əsir,girov götürdükləri və oğurladıqları şəxsləri sərbəst buraxarlarsa bağışlanacaqlar.