Bəşşar Əsəd: Ərdoğan, çevriliş cəhdindən müxaliflərini təmizləmək üçün istifadə edə bilər
Suriya prezidenti Bəşşar Əsəd Türkyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın bu ölkədə baş tutan çevriliş cəhdini dövlət strukturlarındakı müxaliflərini təmizləmək üçün istifadə edə biləcəyini açıqlayıb. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Dəməşqdə Livanlı nümayəndə heyəti ilə görüşündə B.Əsəd deyib ki, Türkiyədəki hadisələrin həqiqətinin nə olduğunu aydın şəkildə demək hələlik tezdir və çevrilişə cəhd haqqında müxtəlif fərziyyələr irəli sürülür.