Bəhreyn xalqı Ayətullah Şeyx İsa Qasimin evinin mühasirəsini qırmaq üçün mitinq keçirəcək
Bəhreyn xalqı sabah ölkə şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin evinin mühasirəsini qırmaq məqsədi ilə mitinq keçirəcək. Maide.Az Al-Alam kanalına istinadən məlumat verir ki, Bəhreyn 14 fevral gəncləri koalisiyası əhalini Əl-Fəda meydanında keçiriləcək mitinqdə iştirak etməyə çağırıb. Mitinq Ayətullah Şeyx Qasimin evinin önündə oturaq aksiya keçirən şəxslərə dəstək məqsədi ilə keçiriləcək.Mitin iştirakçıları Ali Xəlifə təhlükəsizlik ünsürləri vasitəsi ilə oturaq aksiya keçirənlərin mühasirədə saxlanılmasını qırmaq istəyirlər.