Bəhreyn rejimi Fitr bayramı günü şiələrə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib
Ali Xəlifə rejimi Bəhreyndə Deraz qəsəbəsində Şeyx İsa Qasimin evinin qarşısında oturaq aksiya keçirənlərə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib. Maide.Az xəbər verir ki, Bəhreynin şimal-qərbində Deraz qəsəbəsi Ali Xəlifə rejim qüvvələri tərəfində mühasirəyə alınıb. 15 gündən çoxdur ki, Bəhreynin tanınmış alimlərindən Şeyx İsa Qasimin vətəndaşlığının ləğvindən sonra ölkə vətəndaşları rejimin bu qərarına etiraz olaraq Şeyx İsanın evinin qarşısında etiraz aksiyası başladıblar. Bu gündən etibarən Bəhreyn rejimi Deraz qəsəbəsinə giriş-çıxışı bağlayıb, bu qəsəbəyə insanların girişinə yalnız xüsusi buraxılışla icazə verir. İnsanları məcbur olunur ki, qəsəbədə gedəcəkləri və görüşəcəkləri şəxslər barəsində yazılı izahat versinlər. Ali Xəlifə rejimi iyun ayının 20də Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib.