Bəhreyn xalqı Ayətullah İsa Qasimin vətəndaşlığının ləğvinə etirazlarını davam etdirir -FOTO
Bəhreyn xalqının Ali Xəlifə rejiminin Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığının ləğvinə etiraz əlaməti olaraq etiraz aksiyaları davam edir. Maide.Az xəbər verir ki, artıq 3 gündür ki, Bəheynin müxtəlif şəhərlərində o cümlədən Musalla, Ali , Deraz və digər bölgələrində insanlar mitinqlər edərək Bəhreyn rejiminin siyasi fəallara qarşı represiyalarını dayandırmağa çağırıblar. KİV-lərin məlumatına görə, Ali Xəlifə rejim qüvvələri mitinq iştirakçılarına bəzi bölgələrdə güc tətbiq edib. İnsanların mitinqini dağıtmaq üçün göz yaşardıcı qazlardan istifadə olunub. Etirazçıların bir qısmı gecəni səhərə kimi Şeyx Qasimin evinin önündə oturaq edib və sübh namazını camaatla evin önündə qılıblar.