Bəhreyndə Ayətullah Şeyx Qasimin vətəndaşlığının ləğvinə etiraz etdilər -VİDEO
Bəhreyndə xalq şiə lider Ayətullah Şeyx Qasimin vətəndaşlığının ləğv edilməsinə etiraz əlaməti olaraq onun evinin qarşısında etiraz aksiyası keçiriblər. Maide.Az xəbər verir ki, diktator Bəhreyn rejimi Ayətullah Şeyx İsa Qasimi ölkə vətəndaşlığından məhrum etməsinin ardınca ötən gün Bəhreyn xalqı alimlərin çağırışına ləbbeyk deyərək küçələrə kəfən geyinib çıxıb və Ayətullah Şeyx İsa Qasimin evinin önünə gəlib və növbə tutmağa başlayıb. Bəhreyn rejimini ölkə boyu internet xidmətni dayandırıb. Bundan başqa vertolyotlar və hərbi təyyarələr havada manevr edərək insanlar arasında qorxu yaratmağa çalışırlar.