Bəhreyn rejimi tanınmış ruhaninin vətəndaşlığını ləğv etdi
Bəhreyn rejiminin Daxili İşlər Nazirliyi müxalifətə repressiyaların davamında ölkənin tanınmış şiə ruhanilərindən olan Ayətullah Şeyx İsa Əhməd Qasimin vətəndaşlığını ləğv edib. Maide.Az xəbər verir ki, Bəhreyn DİN-i idda edir ki, Şeyx İsa Qasim öz mövqeyindən “əcnibilərin xeyrinə, zorakılığın artması və dini ayrıseçkiliyin yaranmasına” suistifadə edib. Şeyx İsa ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Bəhreyn İnsan Haqları Mərkəzi rejimin bu qərarını pisləyib və onu beynəlxalq qanunlara zidd bir addım olduğunu vurğulayıb. Şeyx İsanın vətəndaşlığı onun hökumətə qarşı etirazlarına görə əlindən alınıb.