Bəhreyndə siyasi məhbuslar aclıq aksiyasına başlayıb
Bəhreynin Əl-hozul-Caf mərkəzi həbsxanasında saxlanılan siyasi məhbuslar aclıq aksiyasına başlayıb. Maide.Az xəbər verir ki, məhbuslar həbsxana nəzarətçilərinin pis rəftarlarına, həbsxanadakı bərbad vəziyyət və istəklərinin yerinə yetirilməməsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirir. Qeyd edəkki, Bəhreyn rejiminin zorakılıqları artdığına görə bu ölkənin beş insan haqları təşkilatı rejimin siyasi məhbuslar və fəallara qarşı zorakılıqlarını pisləyiblər.