Bəhreynli mübariz ruhanilər Ali Xəlifə rejim həbsxanasından azadlığa buraxıldı– FOTO
Ali Xəlifə rejim məhkəməsinin qərarı ilə beş il azadlıqdan məhrum edilən üç Bəhreynli mübariz ruhani Şeyx Məhəmməd Əli əl-Məhfuz, Şeyx Casim Dəmestani və Seyyid Mehdi Musəvi azadlığa çıxıb. Maide.Az xəbər verir ki, Bəhreyn təhlükəsizlik qüvvə rəsmiləri ötən gün beş ildən sonra Bəhreynli ruhani Seyyid Mehdi Musəvinin azadlığa buraxılmasına dair hökm çıxarıb. Şeyx Məhəmməd Əli Məhfuz və Şeyx Casim Dəmestani də bu gün azadlığa buraxılıblar. Bu üç mübariz ruhani Bəhreyndə "İslami Əməl" cəmiyyətinin sədri və üzvləridirlər. Məhkəmə onların 10 il azadlıqdan məhrum etmə cəzası vermişdi,lakin sonrada appelyasiya məhkəməsi onların cəzasını yarıyadək azaltmışdı. Bəhreyndə 2011-ci ildən Ali Xəlifə rejiminə qarşı dinc etirazlar keçirilir.