Bəhreyn alimləri Ali Xəlifə rejiminin şiəfobiya siyasətlərini pisləyib
Bəhreyn şiə alimləri bəyanat yayaraq Ali Xəlifə rejiminin məscid imamları və din xadimlərinin həbsini davam etdirməsinə etiraz ediblər. Maide.az xəbər verir ki, Bəhreynli alimlər Ali Xəlifə rejiminin alimlər və məscid imamlarına qarşı ayrıseçkilik hərəkətlərini pisləyib və rejimi bu kimi hərəkətləri dayandırmağa çağırıblar. Bazar günü yayımlanan bəyanatda bildirilir: Şiə alilməri böhran yaratmaq fikrində deyillər onların məscidlərdəki xütbələri dini işləri bəyan edilməsi istiqamətindədir və zorakılıq və ifratçılığı yaymır. İsa Qasim, Əbdülhüseyn Əlsətri, Abdullah Əl-Qərifi və Məhəmməd Saleh Ər-Rəbii kimi alimlər bu bəyanatı imzalayıblar. Alimlər bəyanatda bildirib ki, xalqı dini məsələlərlə tanış etmək dinalimlərinin borcudur.Əgər Bəhreyn rejimi alimləri bu borcu yerini yetirməyi qadağan edirsə, elə yaxşı olar ki, məscidlərə getməyi və namaz qılmağı qadağan etsin. Bazar günü Bəhreyndə 10 insan haqları təşkilatı da bəyanat yayaraq Ali Xəlifə rejiminin dini azadlıqları məhdudlaşdırmasını pisləyiblər. Bu təşkilatlar Bəhreynrejimindən istəyiblər ki, insanların hüquqlarına hörmətlə yanaşsın və dini ayrıseçkiliyə yol verməsin. Bəyanatda bildirilir: Bəhreyndə müxtəlif din mənsubları uzun illərdir dinc şəraitdə bir-birinin yanında yaşayır. Bəhreyn rejiminin şiələrə qarşı ayrıseçkilik siyasəti və onlara hücumları ölkədə problemlər yarada bilər. Qeyd edək ki, Bəhreynin diktatura rejimi, ölkədə çoxluq təşkil edən Əhlibeyt tərəfdarlarına qarşı aqressiv-repressiv siyasət həyata keçirir. Yüzlərlə fəal və ruhani məhz, Ali Xəlifə rejiminin siyasətini tənqid etdiklərinə görə, daima təqib və həbslərlə üzləşirlər. Rejim, təkcə Əhlibeyt tərəfdarlarına qarşı deyil, ölkədəki digər Əhli-sünnədən olan müxalif fəallar, həmçinin qeyri-dini inanclara sahib azadlıq təələb edənlərə qarşı da sərt addımlar atmaqdadır.