Maide.az

Bəhreyn müxalifətinin lideri şeyx Əli Salmanın məhkəməsi təxirə salındı

Bəhreyn müxalifətinin lideri və Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifak cəmiyyətinin baş katibi şeyx Əli Salmanın məhkəməsi təxirə salınıb.   Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Livanın Əl-Əhd saytının verdiyi xəbərə əsasən, məlumat Əl-Vifak cəmiyyətinin dünən verdiyi yazılı açıqlamasında qeyd olunub. Bəhreyn Əl-Vifak cəmiyyətinin baş katibi şeyx Əli Salmanın məhkəməsinin indiyə qədər bir neçə dəfə olduğu kimi, dünən də təxirə salınaraq, aprelin 26-da keçirilməyə qərar verilib. Məhkəmə bir il əvvəl qondarma iddialarla Şeyx Əli Salmanı 4 il azadlıqdan məhrum etmişdi.