Bəhreynli ruhani Aşura günü çıxış etdiyi üçün 2 il azadlıqdan məhrum edildi
Bəhreyn Ağır Cinayətlərə dair məhkəməsinin qərarı ilə bu ölkənin tanınmış ruhanilərindən Şeyx Əbdül-Zəhra Əl-Mübəşşir Aşura günü keçirilən mərasimdə çıxış etməsi vəsiyasi məqsədlərlə iki il azadlıqdan məhrum edilib. Maide.az xəbər verir ki, Şeyx əl-Mübəşşir ötən il oktyabr ayının 20-də Bəhreyn təhlükəsizlik qüvvələri tərəfindən Aşura günü Əl-Nəvidrat bölgəsində etdiyi çıxışa görə saxlanılmışdı. Bəhreyn rejim prokrorluğu onun əleyhinə Bəhreyn hökumətinə qarşı nifrət yaratmaq və əhalini qanunları pozmağa çağırmaq kimi ittiham irəli sürüb. /