Bəhreynlilərin həbsi davam edir
Maide.az-ın məlumatına görə, Bəhreyn İnsan Haqları Mərkəzi bildirib ki, Ali-Xəlifə rejimi ötən həftə yeddisi uşaq olmaqla bu ölkənin 25 vətəndaşını həbs edib: "Avqustun 17-dən 23-dək on beş bəhreynli Ali-Xəlifə rejimi qüvvələrinin onların evlərinə basqınlarından, beş bəhreynli istintaqa çağırılandan sonra, beş bəhreynli də iş yerlərində həbs olunublar." Bəhreyn 2011-ci ildə xalq qiyamının yatırdılmasından sonra bəri bu ölkə xalqının geniş etirazlarının şahididir. Xalq ölkədə siyasi islahatların aparılmasını istəyir. Ali-Xəlifə rejimi Bəhreyndə yerləşmiş ərəb ölkələrindən olan muzdlular, o cümlədən ada qüvvələri adı altında bu ölkəyə gətirilmiş Birləşmiş Ərəb Əmirlikləri və Ərəbistan qüvvələrinin köməyi ilə Bəhreyn xalqına divan tutur. Vikiliks saytında dərc olunmuş sənədlərə əsasən, Bəhreyn rejimi 2012-ci ildə müxalifləri yatırtmaq üçün Mərakeş və İordaniyadan da hərbi kömək istəmiş və bu iki ölkənin razılığı ilə üzləşmişdi.