Maide.az

Bəhreynlilərin Şeyx Salmanın həbsinə etirazları davam edir

Bəhreyn xalqının Milli Birlik Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın həbsinə qarşı geniş etirazları 121-ci günə daxil olub.   Maide.az-ın məlumatına görə, Milli Birlik Cəmiyyətinin baş katibi Şeyx Əli Salman Bəhreyn xalqının qanuni tələblərinin reallaşmasına təkid, eləcə də azadlıq, bərabərlik və ədalətin bərqərarını istədiyinə görə, təqribən dörd aydır ki, Ali-Xəlifə məhbəsindədir.    Bəhreyn xalqının onu himayə üzrə aksiyaları da bu ölkənin bir neçə məntəqəsində, o cümlədən Manama şəhərinin Əlmusəlla məntəqəsində keçirilib və aksiyaçılar Şeyx Salmanın azadlığı, onun mühakiməsinin dayandırılması və ona qarşı ittihamların götürülməsini istəyiblər.   Aksiyaçılar həmçinin bütün məhbuslar və tanınmış müxalif simaların azad edilmələrini və məhbusların hüquqlarının pozulmasının dayandırılmasını istəyiblər. Onlar vurğulayıblar ki, Bəhreyn xalqının ədalət və demokratiyanın qurulması üzrə tələblərinə göz yummaq olmaz və onlar bu tələblərin reallaşmasınadək müqavimət göstərəcəklər.