Bəhreyndə hökumət əleyhinə aksiyalara hücum edilib
Ali Xəlifə rejimi hərbçilərinin Bəhreyndə hökumət əleyhinə aksiyalara hücumunda bir qrup şəxs yaralanıb. Maide.az-ın məlumatına görə, Ali-xəlifə rejimi qüvvələri bazar ertəsi gecə Bəhreynin müxtəlif bölgələri, o cümlədən Kərzkan, Əl-Malikiyyə və Şəhrəkan şəhərlərində ölkə xalqının aksiyalarına hücum edib, aksiya iştirakçılarına atəş açıb və 10-larla adam yaralanıb. Məlumata əsasən, etirazçılar Bəhreyndə fəal qadınların həbsinə etiraz şüarlar səsləndirərək onların azad edilmələrini istəyiblər. Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı xalq etirazları başlandıqdan bu günə kimi çoxlu sayda siyasi və hüquq fəalı həbs olunub./