Maide.az

Bəhreyndə Parlament seçkiləri öncəsi vəziyyət

Bəhreyndə parlament seçkilərinin keçirilməsinə yalnız bir həftənin qaldığı bir vaxtda Ali Xəlifə rejiminin repressiya xarakterli hərəkətləri artıb. Bu məsələ də Bəhreyn xalqı və bu ölkənin siyasi şəxsiyyətlərinin reaksiyasına səbəb olub. Maide.az-ın məlumatına görə, Bəhreynin parlament və bələdiyyə seçkiləri 2014-cü il 22 noyabr tarixində keçirilməsi qərara alınıb. Bu seçkilər ərəfəsində Bəhreyn daxili işlər nazirliyi xalq etiraz aksiyalarının qarşısını almaq məqsədi ilə,  ölkənin partiyaları və siyasi qruplarına xəbərdarlıq edib və hər cür aksiyanın keçirilməsinə qadağa qoyub. Aksiya keçirənlərə qarşı ağır cəzalar verilməsi  nəzərdə tutulub. Ali Xəlifə rejimi Bəhreynin müxtəlif məntəqələrində təhlükəsizlik tədbirlərini artırıb. Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Bəhreynli müxaliflərə qarşı hücumları və həbslərinin davamında Bəhreyninin 19 məntəqəsində həlak olanların ailələrinin evlərinə hücum edib, həlak olan etirazçıların ataları və bir qrup gənci həbs edərək onların ev əşyalarını müsadirə edib./