Maide.az

Bəsrədə Məhərrəmlik ayı münasibəti ilə ən uca qırmızı bayraq dalğalanacaq

Ən böyük qırmızı məhərrəm bayrağı Bəsrədə ucaldılır. Maide.az-ın Beynəlxaql KİV-lərə istinadən məlumatına görə, Bəsrə vilayəti icra hakimiyyətinin müşaviri Ziya Əl-İbadi məhərrəm ayının başlanması münasibəti ilə Bəsrədə ən hündür qırmızı bayrağın qaldırılacağınıbildirib.  O deyib ki, 50 metr hündürlüyü olan İmam Hüseynə (ə)-a aid ən uca qırmızı bayraq bu gecə Bəsrə şəhərinin Əl-Huriyyə meydanında qaldırılacaq. Qeyd edək ki, bu gecə həmçinin İraqın Kərbəla , Nəcəf və Kazemeyn şəhərlərində qırmızı bayraqlar ucaldılacaq. /