Bəhreyndə parlament seçkiləri öncəsi media nümayəndələrinə təzyiqlər artıb
Bəhreyndə insan haqlarını müdafiə mərkəzi hakim rejimin media nümayəndələrinin hüquqlarını həddindən artıq pozduğunu deyir Maide.az-ın “Manamanın Səsi” xəbər saytına istinadən məlumatına görə, Bəhreyn Hüquq Mərkəzi elan edib ki, bu ölkədə Parlament seçkiləri yaxınlaşdıqca , hakim Ali-Xəlifə rejimi media nümayəndələrinə və KİV-lərə təzyiqlərini artırır. “Ali Xəlifə rejimi media nümayəndələri və KİV-lərə seçkiləri yaxşı işıqlandırmaq üçün azadlıq vermək əvəzinə, onların fəaliyyətini məhdudlaşdırır.” Bəhreyndə Parlament seçkiləri 2014-cü il noyabr ayında keçiriləcək. Məlumatda bildirilir ki, Ali-Xəlifə rejimi jurnalistləri həbs etdikdən sonra onları öz nəzarətində olan məhkəmələrdə mühakimə və uzun müddətə azadlıqdan məhrum edir. Bəhreyn hüquq mərkəzi əlavə edib: KİV-lər ölkənin inkişafına çoxlu kömək edə bilər. Lakin rejim xalqın ifadə azadlığına malik olmasını öz mənafeyinin zərərinə hesab edir. /