Maide.az

Bəhreyn xalqı həbsdəki tələbələri dəstəkləyir

Demokratiya tərəfdarı olan bəhreynlilər küçələrə çıxaraq, ölkədə həbs olunan bütün tələbələrin həbsinə etiraz edib.   PressTV-nin  məlumatına görə, nümayişlər dünən Bəhreynin paytaxtı Manamada və Simahic məntəqəsində təşkil olunub.   Mitinqin təşkilatçıları yeni təhsil ilinin başlanmasından əvvəl dövlət əleyhinə şüarlar səsləndirərək, rejimin həbslərinə etirazlarını bildirib.   BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bəhreyndəki ofisinin sözçüsü Ravina Şamdasani verdiyi bəyanatda, ölkədə ifadə, dinc toplaşmaq və insan haqları müdafiəçilərinin hüquqlarının kobud şəkildə pozulmasının ciddi narahatlıq doğurduğunu vurğulayıb. /