Bəşər Əsəd yeni hökumət formalaşdırır
Suriya prezidenti Bəşər Əsəd 3-cü dəfə prezident seçiləndən sonra 3 ay müddətində yeni hökumət formalaşdırıb. Son prezident seçkilərində əsas rəqib olan Həsən Nuri də daxil olmaqla 11 nazirdən ibarət yeni hökumət dünən Bəşər Əsəd tərəfindən təşkil olunub. Nuri inzibati inkişaf naziri vəzifəsinə təyin olunub. Baş nazir, o cümlədən xariçi işlər və müdafiə naziri vəzifələrində dəyişiklik edilməyib.