Maide.az

Bərdədə iribuynuzlu mal-qara arasında virus xəstəliyi yayılıb

Bərdə rayonunda iribuynuzlu mal - qara arasında virus xəstəliyi yayılmaqda davam edir. SalamNews-un bölgə müxbirinin xəbərinə görə, xəstəlik rayonun 20 kəndində qeydə alınıb. Xəstəliyin yayılmasınnın başlıca səbəbi müxtəlif bazarlardan alınmış heyvanların bir otlaq sahəsində otlamasıdır. Rayon ərazisində 100-dən şox mal-qara bu xəstəliyə tutulub. Rayon baytarlıq idarəsi hazırda mal-qara arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər görür./