Bəhreyn həbsxanalarında saxlanılan şiə uşaqların sayı
Bəhreyndə Ali Xəlifə rejiminin həbsxanalarında 190-dan çox şiə uşaq və yeniyetmə saxlanılır. Maide.az-ın bahrainmirror.com saytına istinadən məlumatına görə, Bəhreyn şiələrinin hökumətə müxalif Əl-Vifaq cəmiyyəti elan edib ki, 2011-ci ilin fevral ayından Bəhreyndə xalq hərəkatı başladıqdan sonra 2013-cü ilin sentyabr ayınadək Ali Xəlifə zindanlarında 450 uşaq və yeni yetəmə saxlanılırdı. Məlumatda bildirlir ki, hazırda həmin uşaqların sayı 190 nəfərdir. Ötən ildən Bəhreyn İnsan Haqları Təşkilatları və əl-Vifaq cəmiyyəti birlikdə Bəhreyn rejiminin uşaqlara qarşı cinayətlərini özündə əks etdirən sənədləri toplamağa çalışır. Toplanan sənədlər beynəlxalq qurumlar və dünya ictimaiyyətinə açıqlanacaq. /