Maide.az

Aİ üzvü dövlətlərin vətəndaşları 2019-cu ildən Britaniyaya vizasız gedə bilməyəcək

Avropa İttifaqına üzv ölkələrin vətəndaşları Britaniyaya vizasız gedə bilməyəcəklər.   Maide.Az  Sputnik-ə istinadən xəbər verir ki, qərar 2019-cu ilin martından etibarən qüvvəyə minəcək. Ona qədər isə, Aİ üzvü dövlətlərin vətəndaşları səfərləri vizasız gerçəkləşdirə biləcək.   Məlumatı İngiltərənin baş naziri Tereza Meyin sözçüsü yayıb.   O deyib ki, 2019-cu ilin martında Britaniya Avropa İttifaqından ayrılacaq. Bu səbəblə, ittifaqa üzv dövlətlərin vətəndaşları Britaniyaya vizasız gedə bilməyəcək.