Maide.az

Azay Quliyev: “Əfvlə bağlı bütün müraciətlər araşdırılır”

“Əfv Komissiyası işini davam etdirir. Əfvlə bağlı bütün müraciətlər araşdırılır”. Bu sözləri Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev deyib. O bildirib ki, komissiya Əsasnaməyə uyğun şəkildə araşdırma aparıb, məsələlərə müvafiq qaydada baxdıqdan sonra prezidentə tövsiyə xarakterli təklif irəli sürür: “Hazırda bu proses gedir. Bütün bu işlər başa çatdıqdan sonra yekun qərar prezident tərəfindən veriləcək”.