AZAL təyyarə biletlərinin qiymətini aşağı saldı
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı - Kiyev və Kiyev - Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiyaya başlayıb. AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, Bakı-Kiyev-Bakı 309 avroya, Kiyev-Bakı-Kiyev - 409 ABŞ dollarına, Bakı-Kiyev -219 avro və Kiyev-Bakı istiqamətində biletin qiyməti 289 ABŞ dolları təşkil edir. Biletləri yanvarın 15-dən fevralın 10-a qədər əldə etmək olar. Uçuş tarixləri isə yanvarın 25-dən martın 15-ə kimidir./