Maide.az

AZAL İsrailə aviauçuşları dayandırmır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailə aviareyslərin yerinə yetirilməsini davama etdirir. Bu gün saat 09:44-də Bakıdan İsrailə təyyarə uçub.   Bunu “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.   O, bildirib ki, hələlik İsrailə uçuşların dayandırılması nəzərdə tutulmayıb: “Çünki İsrail hökuməti təhlükəsizliyə təminat verir”.    Xatırladaq ki, ABŞ, Almaniya, Fransa, Avstriya, İsveçrə, Türkiyə  və Rusiya aviaşirkətləri  İsrailə uçuşları qeyri-müəyyən müddətə dayandırıb.