Maide.az

AZAL Qırğızıstan paytaxtına aviareys açır

  "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin təyyarələri oktyabrın 26-dan Bakı-Bişkek-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq. Maide.az-ın məlumatına görə, AZAL-ın rəsmi saytında yerləşdirilmiş məlumatda belə deyilir. Məlumatda qeyd olunur ki, aviareyslər çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Təyyarə çərşənbə axşamı Bakıdan yerli vaxtla saat 20:20-də, bazar günləri isə 10:10-da yerinə yetiriləcək. Məlumatda o da deyilir ki, noyabrın 3-dən AZAL Həştərxana reysləri bərpa edəcək, uçuşlar bazar ertəsi həyata keçiriləcək. Təyyarə Bakıdan yerli vaxtla saat 19:00-da uçacaq, ertəsi gün saat 05:35-də isə paytaxta qayıdacaq. Məlumatda yeni aviareyslər barədə tam məlumatın olmaması səbəbindən aviabiletlərin qiyməti göstərilmir./