Maide.az

AZAL qiymətləri salacaq

İyulun 16-da “Azərbaycan Hava Yolları” İdarə heyətinin kollegiya iclası keçirilib.   Şirkətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezidenti İlham Əliyevin bu günlərdə Nazirlər Kabinetinin iclasında biletlərin süni şəkildə qaldırılması ilə bağlı verdiyi tapşırıqlar müzakirə olunub.   AZAL-ın prezidenti Cahangir Əsgərov bütün tariflərin təhlil edilməsi, qiymətinin ucuzlaşdırılması, güzəştlər, şərtlər və tariflərin tənzimləmə mexanizminin hazırlanmasını göstəriş verib.   O bildirib ki, Azərbaycana turist axınını artırmaq üçün hazırda işlər görülür və çox yaxın vaxtlarda turizm marşrutlarında ucuz uçuşlar təşkil ediləcək.   O həmçinin yaxın vaxtlarda mövcud hava xətlərində müəyyən yerlərin aşağı qiymətlərlə satılacağını bildirib./